Təklif etdiyimiz mədən və inşaat xidmətləri
Dağ-mədən və inşaat sənayesinin daha sürətli inkişafına dəstək olmaq üçün bütün xidmətlər spektrini təqdim edirik. Xidmətlərimizi birləşdirərək işinizə uyğun bir paket yarada bilərik.
Topoqrafiya
Şirkətimiz tərəfindən GPS və Paxomete istifadə edilərək, peşəkar topoqrafların müşayiəti və həssas yanaşması ilə bütün növ topoqrafik xidmətlər operativ və keyfiyyətli şəkildə həyata keçirilir.
Yol inşaatı
İstənilən relyefdə və şəraitdə, müasir standartlara cavab verən, iqtisadi böyümə və uzunmüddətli davamlılığı diqqət mərkəzində saxlayaraq strateji yolların çəkilməsini həyata keçiririk.
Rekultivasiya
Şirkətimiz tərəfindən rekultivasiya xidməti, xüsusi qayğı və həssaslıqla həyata keçirilir. Belə ki, mədən işlərindən əvvəl işin aparılacağı sahədə münbit torpaq qatı götürülərək müəyyən bir yerə yığılır, diqqətli şəkildə daşınır və torpağın keyfiyyətinə nəzarət edilir. Mədən işləri yekunlaşdıqdan sonra isə sözügedən ərazinin əvvəlki vəziyyətinə qaytarılması, landşaftın bərpası və digər kompleks xidmətlər xüsusi qayğı ilə həyata keçirilir.
İnfrastrukturun yaradılması
Böyük infrastrukturlar, böyük məqsədlər daşıyır.
Dəlmə-qazma
Tərəfimizdən ərazinin partlayışa hazırlanması üçün müasir qazma avadanlıqları vasitəsi ilə 0.20 metrə qədər 70-200 metr diametrində partlayış quyularının qazılması həyata keçirilir.
Daşıma
Şirkətimiz tərəfindən müasir texnikalarla, partladılmış və ya partladılmamış daşına bilən materialların istənilən məsafəyə daşınması xidməti göstərilir. Bu xidmətin həyata keçirilməsi üçün şirkətimiz tərəfindən təyin edilmiş ekskovator, qaya qırıcısı, buldozer, verdene, qreyder, yükboşaldan, yük maşınları kimi ən son model avadanlıqlardan istifadə edilir.
Xırdalama
Xidmətlərimiz arasında süxurların xırdalanması da yer alır. Çoxsaylı avadanlıqlardan istifadə edilərək hər ölçüdə süxurların parçalanması səmərəli və sürətli şəkildə həyata keçirilir. Süxurların xırdalanması onların daha rahat daşınmasına, təkrar emalına və müxtəlif material tərkiblərini daha rahat aşkar etməyə imkan yaradır.
Zəhmətkeşlik və peşəkarlığın uğurlu nəticəsi
Əməyimizi inkişaf etmiş avadanlıqların, yüksək texnoloji gücün və innovativ həllərin köməyi ilə mükəmməl layihələrə çeviririk.
Son xəbərlər
Dağ-mədən sanəyesi sahəsində baş vermiş ən son yeniliklərdən xəbərdar olun!
Müştərilərimiz
Kömək etmək üçün səbirsizliklə gözləyirik!
Sual, təklif və tələblərinizi eşitməyə məmnun olarıq!