Haqqımızda

Yeraltı sərvətləri ölkə iqtisadiyyatına qovuşdururuq.…

“AzMiCon” MMC etibarlı və müasir texnologiyalar, dinamik və effektiv komanda işi ilə müştərilərinin tələb və gözləntilərini yüksək səviyyədə qarşılayan, öz sahəsi üzrə ixtisaslaşmış, mədən və tikinti sahəsində təcrübə və keyfiyyətini davamlı olaraq artıran bir şirkətdir.

2012-ci ildən etibarən “AzPlast” MMC adı altında ölkəmizdə mədən sənayesinin yüksəlişinə və mənbələrdən istifadəyə zəmin yaradaraq, mövcud müəssisələrin istehsalına və məhsul inkişafına dəstək olmaqdadır. 2017-ci ildən inşaat mallarının təchizatı, daşınması və s. kimi logistika xidmətlərini eyni peşəkarlıq və keyfiyyətlə həyata keçirməkdədir. 2018-ci ildən isə filiz emalı sahəsində topa qələviləşdirmə texnologiyasının tətbiqi ilə sahələrin tikintisi və yenidən qurulması işlərini öhdəsinə götürmüşdür. Şirkətimizin böyüməsi və fəaliyyət sahəmizin genişlənməsi səbəbi ilə 2020-ci ildən etibarən rəsmi olaraq “AzMiCon” MMC adı altında fəaliyyətə qürurla davam edirik. Şirkətimiz zamanla sınaqdan keçmiş mükəmməllik və dürüstlük dəyərlərinə əsaslanır. Bu ən yüksək etik standartlara uyğun işləmək və layihələrimizin yüksək keyfiyyəti ilə ölçülmək deməkdir. İldən-ilə topladığımız güvən ilə hazırda sənayemizin ən etibarlı şirkətlərindən birinə çevrilmişik.

Ətraf mühitə hörmətimiz:

Şirkətimizin mədən sənayesindəki etibarlı mövqeyini, ətraf mühitə olan xüsusi diqqət, həssas yanaşma və keyfiyyətə verdiyimiz əhəmiyyətə borcluyuq. Hər birimiz doğma yurdumuzun yeraltı və yerüstü sərvətləri ilə nə qədər zəngin olduğunu bilir və bu nemətlərdən ən səmərəli şəkildə istifadə edərək, gələcək nəsillər üçün miras qoymağın məsuliyyətini dərk edirik. Yüksək texnologiya və innovativ həllərə arxalanan metodların zəruri olduğunu düşünür və gördüyümüz işlərdə hər zaman sürətlə inkişaf edən gələcəyi nəzərə alaraq hərəkət edirik. Şirkətimiz ətraf mühit fəaliyyətini mövcud qanunları və tənzimləmələri diqqətə alaraq həyata keçirir, təhlükəsiz bir gələcək üçün növbəti nəsillərin ehtiyacını ödəmək və onların daha yaxşı inkişafına zəmin yaratmaq üçün çalışır.

Məqsədimiz:

Əməyin aliliyinə olan inancımıza və ən son texnologiyalardan doğru istifadəyə arxalanaraq mümkün olanın sərhədlərini aşır, gələcək ehtiyaclarımıza uyğun yeni standartlar yaratmaq üçün irəliləyirik. Məqsədimiz insan həyatını asanlaşdıracaq layihələr həyata keçirmək və bu sahədə ən çox seçilən və rəğbət görən şirkət kimi uzun illər xidmət etməkdir.

Vizyonumuz:

Ölkəmizdə və beynəlxalq miqyasda mədən və inşaat layihələrində iştirak edərək böyük uğurlara imza atmaq, bilik, təcrübə və bacarıqlarımızı artırmaq, həmçinin bütün layihələrin təhlükəsiz, vaxtında və tam şəkildə həyata keçirilməsini təmin etməkdir.

Lisenziyalarımız

  • Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması
  • Tikintisinə icazə olan bina və qurğuların tikinti-quraşdırma işləri
  • Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması